Abşeron rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi üzərinə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Abşeron RİH başçısı A.Fərzəliyev bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. Qeyd edilib ki, Z. Əliyeva əsl Azərbaycan qadının bütün mənəvi keyfiyyətlərini özündə cəmləşdirməklə hər kəsə nümunə olub. Onun həm həkim, həm dəyərli şəxsiyyət, həm də ictimai xadim kimi çox böyük nüfuz qazandığı qeyd olunaraq taleyinə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat yoldaşı və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin anası olması yazıldığı vurğulanıb.
Daha sonra Vətən müharibəsi şəhidi İlqar Vəliyevin həyat yoldaşı Təhminə Vəliyeva, Saray qəsəbəsi 3 saylı tam orta məktəbin direktoru Təyyubə Hüseynova çıxış edərək Z. Əliyevanın həyat və fəaliyətindən danışıb, oftalmologiya elminin inkişafındakı müstəsna xidmətlərindən, Azərbaycanda vaxtilə geniş yayılmış traxomanın müalicəsindəki fəaliyyətindən söz açıblar.
Son xəbərlər
Son Xəbərlər