Azərbaycanda təhlükəsizlik orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, DTX-nin Abşeron rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri və gənclər Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında yerləşən “Şöhrət” muzeyində olublar.
“Qafqazinfo” xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin zəngin həyat və fəaliyyətini əks etdirən "Şöhrət" muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçəklər qoyulub.
“Şöhrət” muzeyi ilə tanışlıq zamanı qonaqlara məlumat verilib ki, burada nümayiş etdirilən nadir eksponatlar, sənədlər və arxiv materialları Heydər Əliyevin zəngin həyat və fəaliyyətini, xalqımızın taleyindəki misilsiz rolunu, o cümlədən, ömrünün 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı xidmət dövrünü və onun bilavasitə rəhbərliyi ilə keçirilmiş əməliyyatlar haqqında məlumatları ətraflı əks etdirir.
Daha sonra muzey haqda qısa film nümayiş olunub və Abşeron RİH başçısı İradə Gülməmmədova “Abşeron 50” kitabını muzeyə hədiyyə edib.


.jpg)
Son xəbərlər
Son Xəbərlər