“Qafqazinfo” “Azadlıq” radiosuna istinadən xəbər verir ki, bunlar arasında qəzet İsveç, Polşa, Rumıniya, Ermənistan, Ukrayna , Gürcüstanla yanaşı Azərbaycanın da adını çəkir.
Qəzet yazır ki, Bakı meri Hacıbala Abutalıbov indiki Dünya Kubokunda Braziliya yığmasının azarkeşidir.
Facebookda gedən yazıları araşdıran qəzet bildirir ki, bir çox azərbaycanlılar indiki Dünya Kubokunda Rusiyanın uduzmasını istəyir. Bir azərbaycanlı Facebookda yazır ki, “futbol Krım deyil ki, Putin öz tankları, ordusu ilə qalib gələ bilsin”.
Ermənistanda prezident Serj Sarkisian Almaniyanın qalib gəlməsini istəyir. Onun buna maraqlı izahı var. Ermənistan yoldaşlıq görüşündə Almaniyaya 1-6 hesabı ilə uduzdu. İyunun 17-də televiziya ilə çıxışında Sarkisian deyib ki, Almaniya Brazilyada qalib gəlsə, onda Ermənistanın həmin məğlubiyyəti belə ağrıdıcı görsənməyəcək. Bu fikirlə ermənilərin çoxu razılaşır.
Son xəbərlər
Son Xəbərlər