Abutalıbovun oğlu hardadır?- - Rəsmi açıqlama

abutalibovun-oglu-hardadir-
Oxunma sayı: 3901


Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbovun həbs edilməsi barədə yayılan informasiyalara münasibət bildirib.

“Qafqazinfo”nun məlumayına görə, qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi KİV-də İ. Abutalıbovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi xüsusi əməliyyat zamanı həbs edilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və şayiədir: “İsrafil Abutalıbov hazırda ailəsi ilə birlikdə Londonda yaşayır”.

Xatırladaq ki, bəzi KİV-də MTN-in Aşurbəy məscidində əməliyyat keçirdiyi və İ. Abutalıbovun həbs edildiyi barədə məlumatlar yayılıb.