Bakı merinin fikirlərinə məktəbdə işləyən müəllimlər və təhsil alan şagirdlərin valideynləri də etiraz edib.
Bu gün isə sözügedən məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov da danışıb. Nazir anlaşılmazlığın olduğunu və bu işdə heç bir problem olmayacağını bildirib: "Məktəb tikintisinin layihə eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunub və 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır. Bakı Şəhər İcra Hakimiyyəti son illərdə onlarla məktəb tikib, təhvil verib. Həmin məktəblərdə paytaxtda yaşayan on minlərlə şagird təhsil alır. Paytaxt sakini olaraq o şagirdlərin adından Hacıbala Abutalıbova təşəkkürümü bildirirəm”.
"Qafqazinfo" olaraq məsələnin aktuallığını nəzərə alıb yenidən BŞİH ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, hazırda rəsmi şəxslər yerində deyil və bu barədə onlara KİV tərəfindən bir neçə müraciət olunub.
"Qafqazinfo" isə bu məqamda Bakının ən məşhur məktəblərindən biri olan 20 nömrəli məktəb-liseyi ilə bağlı bəzi məlumatları təqdim edir:
"Bu tədris ocağında 111 sinifdə 2830 şagird təhsil alır. Əvvəlki dövrlərdə isə məktəb-liseydə 3200 nəfərədək şagird oxuyub. Məktəbdə çalışan 289 müəllimdən 5-i əməkdar müəllim, 5-i ilin müəllimi, 3-ü elmlər namizədidir.
Hazırda paytaxtın digər 2 məktəbində müvəqqəti yerləşdirilmiş 20 nömrəli məktəb-liseydə elektron təhsil müəssisəsi kimi bir sıra innovasiyayönümlü layihələr gerçəkləşdirilib.
Bu məktəb-lisey Bakı şəhərinin əhalinin ən sıx məskunlaşdığı ərazisində yerləşdiyinə görə təhsil müəssisəsinin yeni tikilən binasının müasir tələblərə uyğun inşa olunması nəzərdə tutulub. 3000 şagird yerlik layihələndirilmiş və 25000 kvadratmetr sahəsi olacaq yeni məktəbin 2016-2017-cı tədris ili üçün istifadəyə verilməsi planlaşdırılır. Məktəb-liseyin eskiz layihəsi və digər müvafiq sənədləri Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən təsdiq edilib".
20 nömrəli məktəb-liseyin yeni inşa olunan binasının layihə üzrə görüntüləri isə belədir:
Son xəbərlər
Son Xəbərlər