Abutalıbovun park salmaq istədiyi məktəblə bağlı- - Açıqlama

abutalibovun-park-salmaq-istediyi-mekteble-bagli-
Oxunma sayı: 710


Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey  Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binasının inşa olunması nəzərdə tutulur.  İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Prezidentin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən   isə 2 milyon manat ayrılıb. Bu günədək  məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək. 20 nömrəli məktəb-liseyin 2830 şagird hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.

“Qafqazinfo”