Abuzərlə xanımı Pasxanı belə keçirir - Video

abuzerle-xanimi-pasxani-bele-kecirir
Oxunma sayı: 2042

Tanınmış pianoçu, bəstəkar-dirijor Abuzər Manafzadənin əcnəbi xanımı sosial şəbəkədə maraqlı video paylaşıb.

“Qafqazinfo” xəbər verir ki, bəstəkarın həyat yoldaşı Karen Danger- Manafzadə onunla birgə “La Bamba” mahnısını pianoda ifa edib. Karen qeyd edib ki, bu, sayca onun Abuzərdən öyrəndiyi üçüncü əsərdir:

“Pianinonu öyrənmək üçün heç vaxt gec deyil. Amma onu da deməliyəm ki, barmaqlarımın bu üçlü və sinkopu belə tez çalması çətin idi. Amma ərim Abuzərlə birlikdə 4 əllə oynamağımız çox gözəl və gülməli idi. Heç ağlıma gəlməzdi ki, bir gün Abuzərin yanında piano qarşısında oturacam!

Evinizdə Pasxa bayramını xoşbəxt keçirməyinizi arzu edirik. Videoda Pasxa yumurtasını kim tapacaq? Əgər evdə qalmalısınızsa, gün boyu məşq edin və gecə “La bamba” rəqsi oynayın. Sizin üçün əyləncəli bir şey etmək istədik, ümid edirik ki, bəyənəcəksiniz”.

Qeyd edək ki, Abuzərlə Karen ötən ilin fevralında Avstriyada ailə qurub.