Abxaziyada silah anbarında partlayış - 2 ölü, 20 yaralı var

abxaziyada-silah-anbarinda-partlayis
Oxunma sayı: 862

Abxaziyanın Qudatskiy bölgəsində yerləşən Müdafiə Nazirliyinə məxsus silah anbarında partlayış baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində bölgədə tətildə olan 2 rus turist həyatını itirib.

Səhiyyə Nazirliyinin sözçüsü Rustam Zantarya hadisədə 20 nəfərin də yaralandığını açıqlayıb. Onların əksəriyəti bölgəyə tətil üçün gələn turistlərdir. Turistlər partlayış nəticəsində ətrafa yayılan şüşə, qəlpə və daşlara görə xəsarət alıblar.

Partlayışın səbəbi araşdırılır.