Avropa Çempionatının F qrupunda Macarıstan Portuqaliya ilə üz-üzə gələcək.
“Qafqazinfo” xəbər verir ki, bu maraqlı qarşılaşma saat 20:00-da start götürəcək.
Qrup lideri olan Macarıstandan çox bu qarşılaşma Portuqaliya üçün vacibdir.
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Maykl Mellerki, Stefen Kild
Əlavə köməkçi hakimlər: Maykl Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Aleksey Kulbakov (Belarus)
Lion. Şəhər stadionu.
***
Oyun başladı.
***
Oyunun 19-ci dəqiqəsində macar futbolçu Zoltan Gera hesabı açır. Portuqaliya 0:1 məğlub durumdadır.
***
Oyunun 42-ci dəqiqəsində Portuqaliya təmsilçisi Nani hesabı bərabərləşdirir. Hesab 1:1.
***
İlk hissə başa çatdı.
***
İkinci hissə başladı.
***
Dzustsak 47-ci dəqiqədə macarların hesab fərqini artırır 2:1.
***
Ronaldo 50-ci dəqiqədə hesabı bərabərləşdirir 2:2
***
Macarıstanın futbolçusu Dzustsak 55-ci dəqiqədə 3-cü qolu vurur. Hesab 3:2
***
Oyunun 62-ci dəqiqəsində Ronaldo komandasının 3-cü qolunu vurur. Hesab 3:3
***
Oyun 3:3 hesabı ilə başa çatdı.
***





Son xəbərlər
Son Xəbərlər