UEFA AÇ-2020-nin final mərhələsinin oyunlarının azarkeşlərlə keçirilməsi ilə bağlı təşkilatçı şəhərlərə şərt qoyub. “Qafqazinfo” xəbər verir ki, qitə futbol qurumunun prezidenti Aleksandr Çeferin bildirib ki, 12 şəhərin hamısında pandemiya qaydaları pozulmamaqla oyunlara azarkeş gəlməlidir.
Hazırda bununla bağlı qurum ölkələrlə danışıqlar aparır. Təşkilatçı şəhərlərdən biri olan Bakıda da azarkeşlərin meydana buraxılması müzakirə olunur. AFFA da bu yöndə UEFA və dövlət strukturları ilə müzakirələr aparır.
Məhz bu səbəbdən qitə futbol qurumu AÇ ilə bağlı son qərarı verməyə tələsmir. Yalnız 12 şəhərin hamısı təminat verdikdən sonra qərar qəbul olunacaq. Əgər şəhərlərdən hər hansı biri azarkeşlərin stadiona buraxılmasına zəmanət verməyəcəksə, o zaman bu şəhərin adı AÇ-nin final mərhələsinin təşkilatçıları sırasından çıxarılacaq.
“Daily Mail” nəşri isə bildirib ki, təşkilatçı şəhərlər artıq UEFA-ya məhdud sayda azarkeşlə oyunları keçirə biləcəklərinə dair təsdiq məktubları göndəriblər.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə isə, Bakı ilə bağlı son qərar yaxın günlərdə bəlli olacaq. 5-6 gün ərzində AFFA UEFA-ya qərarla bağlı məktub göndərəcək.
Son xəbərlər
Son Xəbərlər