AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanan 18 komanda

ac-2020-nin-final-merhelesine-vesiqe-qazanan-18-komanda
Oxunma sayı: 2447

AÇ-2020-nin seçmə mərhələsinin sonuncu turunun oyunları keçirilib.

"Qafqazinfo" xəbər verir ki, Azərbaycanın yer aldığı E qrupunda Xorvatiyadan sonra Uels millisi də final mərhələsinə vəsiqəni təmin edib. Sonuncu turda evdə Macarıstan millisini 2:0 hesabı ilə məğlub edən Rayan Qiqqzin yetirmələri xallarının sayını 17-yə çatdıraraq bu hüquqa yiyələnib. Azərbaycanı 2:0 hesabı ilə məğlub edən Slovakiya isə 13 xalla qrup üçüncüsü olub.

Qeyd edək ki, bunadək 18 komanda - İngiltərə, Almaniya, İspaniya, Hollandiya, İtaliya, Türkiyə, Fransa, Portuqaliya, Çexiya, Ukrayna, İsveçrə, Danimarka, İsveç, Polşa, Avstriya, Belçika, Rusiya, və Finlandiya final mərhələsinə vəsiqə qazanıb.

Qalan 4 vəsiqənin sahibi UEFA Millətlər Liqasının 4 Liqasında keçiriləcək "pley-off" oyunlarından sonra müəyyənləşəcək.