AÇ-2024-lə vidalaşan ilk komandanın adı bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Polşa millisi pley-off şansını əldən verib.
Belə ki, baş tutan iki oyunda uduzan Polşa yığması 1/8 finala yüksələ bilməyəcəklər. Niderland - Fransa matçının heç-heçə başa çatması da Polşa ilə bağlı gözləntiləri puş edib.
Qeyd edək ki, son turda Polşa - Fransa və Niderland - Avstriya matçları baş tutacaq.