AÇ-2024-ün ən yaxşı futbolçusu o seçildi

ac-2024-un-en-yaxsi-futbolcusu-o-secildi
Oxunma sayı: 7621

Başa çatan futbol üzrə Avropa çempionatının ən yaxşı futbolçusu müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu ada İspaniya millisinin üzvü Rodri layiq görülüb.

Təcrübəli futbolçuya mükafatı UEFA prezident Aleksandr Çeferin təqdim edib.

Qeyd edək ki, Rodri final matçının ilk hissəsində zədələndiyi üçün oyunu davam etdirə bilməmişdi.

Xatırladaq ki, finalda İspaniya İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib.