AÇ-nin açılış matçı - Fransa heç vaxt uduzmayıb

ac-nin-acilis-matci-
Oxunma sayı: 3096

Sabah Fransada Avropa Çempionatının final mərhələsinə start veriləcək.

Qafqazinfo” xəbər verir ki, açılış oyununda Fransa Rumıniya ilə üz-üzə gələcək.

Bu komandalar arasında oyunların maraqlı tarixi var. Fransa tarixi boyu rəsmi oyunlarda Rumıniyaya heç vaxt uduzmayıb. Bu komandalar arasında son 5 oyunun 4-ü heç-heçə bitib.

Fransa-Rumıniya görüşü “Stad de Frans” arenasında saat 23:00-da başlayacaq. Rumıniya millisi Fransa ilə bu arenada 2009-cu ildə qarşılaşıb. Həmin matç 1:1-lik heç-heçə ilə başa çatıb.

Fransa və Rumıniya arasında son 10 görüş:

Rumıniya – Fransa 0:0 (AÇ-2012-nin seçmə mərhələsi)
Fransa – Rumıniya (AÇ-2012-nin seçmə mərhələsi)
Fransa – Rumıniya 1:1 (2010-cu il dünya çempionatının seçmə mərhələsi)
Rumıniya – Fransa 2:2 (2010-cu il dünya çempionatının seçmə mərhələsi)
Rumıniya – Fransa 0:0 (AÇ-2008-in final mərhələsi)
Fransa – Rumıniya 2:1 (2002-ci ildə yoldaşlıq görüşü)
Rumıniya – Fransa 0:1 (AÇ-1996-nın final mərhələsi)
Rumıniya – Fransa 1:3 (1996-cı il Avropa Çempionatının seçmə mərhələsi)
Fransa – Rumıniya 0:0 1996-cı il Avropa Çempionatının seçmə mərhələsi)
Fransa – Rumıniya 4:0 (Olimpiya oyunlarının seçmə mərhələsi - 1976).