AÇ-nin ilk 1/4 final cütləri bəllidir

ac-nin-ilk-14-final-cutleri-bellidir
Oxunma sayı: 6368

Xəbər verdiyimiz kimi, AÇ-2024-ün 1/8 final mərhələsində daha iki görüş baş tutub.

“Qafqazinfo”nun məlumatına görə, İngiltərə Slovakiyanı əlavə vaxtda vurulan qola 2:1 hesabı ilə məğlub edib. 

İspaniya isə Gürcüstana 4:1 hesabı ilə qalib gəlib. 

Bu oyunlardan sonra 1/4 finalın ilk cütləri müəyyənləşib. 

İngiltərə bu mərhələdə İsveçrə, İspaniya isə Almaniya ilə üz-üzə gələcək.