AÇ-nin qol vuran ən yaşlı futbolçusu oldu

ac-nin-qol-vuran-en-yasli-futbolcusu-oldu
Oxunma sayı: 2390

Xorvatiya millisinin kapitanı Luka Modriç Avropa çempionatlarının final mərhələləri tarixində qol vuran ən yaşlı futbolçu olub.

“Qafqazinfo” xəbər verir ki, o, buna 38 yaş 289 günlüyündə İtaliyaya qarşı keçirilən oyunda qol vurmaqla nail olub.

Qeyd edək ki, indiyə kimi AÇ-də qol vuran ən yaşlı futbolçu ünvanı Avstriya yığmasının üzvü İvista Vastiçdə idi (38 yaş 257 gün).