Ac ölkənin prezidentinin 800 min dollarlıq doğum günü - Fotolar

ac-olkenin-prezidentinin-800-min-dollarliq-dogum-gunu
Oxunma sayı: 5435

36 ildir hakimiyyətdə olan Zimbabve prezidenti Robert Muqabe 92 yaşını təntənəli şəkildə qeyd edib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkəsində aclıq hökm sürdüyü halda, onun özünə 7 gün təmtəraqlı doğum günü keçirməsi etiraza səbəb olub. 

Prezidentin  Böyük Zimbabve adlanan qədim daş xarabalığında keçirilən ad günündə dövlət rəsmiləri, xarici diplomatlar, məmurlar da daxil olmaqla 50 min insan iştirak edib. 

Mərasimə ümumilikdə, 800 min dollar xərclənib. Ad günü üçün pul yerli əhalidən yığılıb. Adi vətəndaşların hər birindən bir dollar, məmurlardan isə üç dollar toplanıb.

Şənlik üçün çoxsaylı tortlar hazırlanıb. Zimbabve xarabalığı şəklindəki tortun 92 kq olduğu bildirilir.