“AccessBank” çətinliklərə sinə gəlir

accessbank-cetinliklere-sine-gelir
Oxunma sayı: 2037


“Marja”  Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ilk 6 ayda “AccessBank”ın cəmi gəlirləri 94 milyon 685,3 min manat, o cümlədən faiz gəlirləri 91 milyon 756.9 min manat, qeyri-faiz gəlirləri isə 2 milyon 928.43 min manat təşkil edib.

GƏLİRLƏRİ ARTIB

2014-cü ilin birinci yarısında “AccessBank”ın cəmi gəlirləri 88 milyon 884 min manat təşkil etmişdi. Başqa ifadə ilə, Bankın cəmi gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% artıb.

XALİS MƏNFƏƏTİ 9 DƏFƏ AZALIB

Lakin artım Bankın xalis mənfəətinin artımında əks olunmayıb. Ötən ilin birinci yarısında 22,6 milyon manat xalis mənfəət götürən “AccessBank” cari yarım ildə cəmi 2,5 milyon manat qazanıb. Xalis mənfəətin az olmasının səbəbi devalvasiya nəticəsində yaranmış zərər və bankın xərclərinin artmasıdır. Rəqiblərinin çoxunun zərər ilə işlədiyi bir vaxtda, “AccessBank”ın az da olsa xalis mənfəət açıqlaması  bankın dayanıqlığından və düzgün idarə edilməsindən xəbər verir.

Xatırladaq ki, “AccesBank” 2015-ci ilin birinci rübündə devalvasiya ilə bağlı olaraq 2 milyon 346.32 min manat xalis zərər açıqlamışdı. Bank ilin ikinci rübündə vəziyyəti müsbətə dəyişməyi bacarıb.

BANKIN BÖYÜKLÜYÜ 1,2 MİLYARD MANATA YAXINLAŞIR

30 İyun 2015-ci il tarixinə “AccessBank”ın cəmi aktivləri 1 milyard 156 milyon 302 min manata, müştərilərə verilən kreditlər isə 840 milyon 427 min manata çatıb. Bankın aktivlərinin 722 milyon  49 min manatı və ya 62%-i xarici valyutada olub.

BATAN KREDİTLƏR 3%-Ə ÇATMIR

“AccessBank”da vaxtı keçmiş kreditlərin məbləği az olaraq qalır. Birinci yarım ilin sonunda 26,7 milyon manatlıq kreditin ödəmə vaxtı keçmişdir ki, bu da Bankın kredit portfelinin 2,58%-nə bərabərdir.

ÇƏTİN ƏMƏLİYYAT MÜHİTİ YARANIB

Qeyd edək ki, neftin qiymətinin aşağı düşməsi və devalvasiya ilə əlaqədar olaraq Azərbaycan bankları üçün çətin əməliyyat mühiti yaranıb. Bir çox banklar hələ də zərər ilə işləyirlər. Azərbaycanın maliyyə naziri Samir Şərifov İyulun 13-də Prezidentin yaynda keçirilmiş müşavirədə "ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici iqtisadi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorlarının gəlirlərinin azalması, bunun nəticəsi olaraq sahibkarların iqtisadi fəallığının səngiməsi və maliyyə-bank sektorunun dayanıqlığının zəifləməsi kimi çağırışlar yaranır" deyə bildirmişdi.   

“AccessBank”ın Mənfəət və zərər hesabatı  

 

2015-ci ilin Yanvar-İyun ayları

min AZN

 

2014-cü ilin Yanvar-İyun ayları

min AZN

 

 

Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi

 

91756.90

 

76901.90

 

 

Faizlər və onlara bağlı xərclər, cəmi

 

31078.74

 

23778.12

 

 

Xalis faiz mənfəəti (zərəri)

 

60678.16

 

53123.78

 

 

Hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri

 

6905.36

7527.07

 

Məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir

 

-4077.82

393.85

 

Digər qeyri-faiz gəlir növləri

 

100.89

61.83

 

Qeyri-faiz gəlirləri, cəmi

 

2928.43

 

7982.75

 

 

Əmək haqqı və digər kompensasiya növləri, cəmi

 

26085.92

 

22048.35

 

 

Bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi

 

10841.59

 

7234.05

 

 

Əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri

 

6367.99

6837.78

 

Qeyri-faiz xərcləri, cəmi

 

43295.50

 

36120.18

 

 

Vergilər ödənilənədək xalis mənfəət (zərər)

 

3677.06

 

27376.25

 

 

Mənfəətdən ödənilən vergilər

 

1158.37

 

4829,32

 

 

Vergilər ödənildikdən sonra xalis mənfəət (zərər)

 

2518.69

 

22557.56