AccessBank-dan 99 yaşlı müştəriyə sürpriz - Fotolar

accessbank-dan-99-yasli-musteriye-surpriz
Oxunma sayı: 789

AccessBank-ın “Qazax” filialının əməkdaşları Bankın 99 yaşı tamam olmuş müştərisi Nəbi Nəbiyevi ad günü münasibəti ilə təbrik etdi. Hər zaman müştərilərinə qarşı diqqət və qayğı göstərən Bank, bu dəfə də öz yanaşması ilə fərqlənib. Bankın əməkdaşları Nəbi babanın evinə baş çəkib ona sürpriz yaşadaraq, dəyərli hədiyyələr təqdim ediblər. 
 
"Qafqazinfo" xəbər verir ki, xoş sürprizlə qarşılaşan Nəbi baba, sevincini və ürək sözlərini bölüşüb: “Mən artıq neçə ildir ki, AccessBank-ın müştərisiyəm. Həmişə mənə göstərilən xidmətdən razı qalmışam. 99 yaşımla bağlı Bankın təbriki mənim üçün gözlənilməz və çox xoş oldu! AccessBank-ın işçilərinin qadasın alım, məni belə sevindirdilər!”

“Biz müştərilərimizə qarşı hər zaman çox diqqətliyik. Nəbi baba maraqlı həyat yaşayıb, müharibə veteranıdır, bir çox tarixi hadisələrin şahidi olub.Yaşının 99 olmasına baxmayaraq, o ruhən cavandır və fəal həyat tərzi sürür. Biz ona möhkəm  can sağlığı, uzun ömür və doğmaları ilə birlikldə neçə gözəl illər arzulayırıq” , –  “Qazax” filialının rəhbəri Elməddin Zamanov təbrik edərək deyib.