AccessBank-ın “Nərimanov” filialı açıldı- - Fotolar

accessbank-in-nerimanov-filiali-acildi-
Oxunma sayı: 6091


Artıq həmin filial “Nərimanov” adı ilə Nərimanov rayonu, Təbriz küçəsi 94 ünvanında fəaliyyət göstərir. Filialda həm hüquqi, həm də fiziki şəxslərə tam çeşidli bank xidmətləri təklif olunur.

Qeyd edək ki, müvəqqəti bağlanan “Elmlər Akademiyası” filialının fəaliyyəti təmirdən sonra bərpa olunacaq.

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filiallar şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır. FitchRatings agentliyi AccessBank-ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BBB- dərəcəsi ilə qiymətləndirib.