“AccessBank”dan yaşı 65 və daha yuxarı olan müştərilərə özəl xidmət

accessbankdan-yasi-65-ve-daha-yuxari-olan-musterilere-ozel-xidmet
Oxunma sayı: 1035

“AccessBank” Nazirlər Kabineti yanında operativ qərargahın 65 yaşdan yuxarı vətəndaşlara dair qəbul etdiyi qərarı nəzərə alaraq,  yaşlı müştərilərə özəl xidmət təklif edir.  Bank, yaşlı müştərilərinin sağlamlığını düşünərək, onlara effektiv və keyfiyyətli xidmət göstərir. Bunun üçün 65 yaşdan yuxarı müştərilərə məsafədən xidmət təklif olunur. Karantin müddətində yaşlı müştərilərinin əlaqə nömrələrinə məlumatlandırıcı mesajlar göndərilir.

“AccessBank” 65 və daha yuxarı yaşı olan müştərilərə 151 məlumat mərkəzi vasitəsilə aşağıdakı xidmətləri təklif edir:

Mövcud əmanətin müddətinin uzadılması və ya  digər valyutaya konvertasiyası

Mövcud kreditin restrukturizasiyası

Öz hesablararası köçürmələr və kommunal ödənişlərin həyata keçirilməsi

Yeni ödəniş kartının sifarişi və kuryer vasitəsilə müştəriyə çatdırılması

Mövcud ödəniş kartının blokdan çıxarılması və bloka salınması

SMS bankçılığın aktivləşdirilməsi

Kart limitinin aradan qaldırılması

Kreditin qismən və ya tam ödənişi

“AccessBank” müştərilərinə karantin rejimində dəstək olmaqda davam edəcək.