Azəri-Çıraq-Günəşli və Şahdəniz yataqlarından yanvar-iyun (01.01.2022-01.06.2022) ayları üzrə əldə olunan gəlirlər açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Dövlət Neft Fondu məlumat yayıb.
Belə ki, bu aylar ərzində AÇG yatağından 3 828 mln. ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) 526,537 mln. ABŞ dolları gəlir əldə olunub.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 144,522 mln. ABŞ dolları təşkil edib.
Son xəbərlər
Son Xəbərlər