AÇG və Şahdəniz yataqlarından bu qədər gəlir əldə olunub

acg-ve-sahdeniz-yataqlarindan-bu-qeder-gelir-elde-olunub
Oxunma sayı: 1707

Bu ilin yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) Azərbaycan Neft Fondunun (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından əldə etdiyi gəlirləri 683,114 milyon dollar təşkil edib.

Bu barədə “Qafqazinfo”ya Fonddan məlumat verilib.

2001-ci ildən 01.02.2022 tarixinə qədər olan dövrdə “AÇG” yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən) 156,056 milyon dollar olub.

Yanvar ayında (01.01.2022-01.02.2022 tarixinə) “Şahdəniz” yatağından (qaz və kondensat) əldə olunan gəlirlər 149.899 milyon dollar təşkil edib.

“Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlir (2007-ci ildən etibarən) 4 701 mln. dollar (01.02.2022 tarixinə) təşkil edib.