Açılış günü Bakı metrosu necə işlədi?- - Açıqlama

acilis-gunu-baki-metrosu-nece-isledi-
Oxunma sayı: 1288



“Qafqazinfo”nun ans-ə istinadən məlumatına görə, lakin sosial şəbəkələrdə isə Bakı metrosunun gecə birdən sonra sərnişinləri qəbul etmədiyi barədə məlumatlar yayılıb. Yayılmış məlumatlara görə, guya gecə saat birdən sonra sərnişinləri metroya minməyə qoymayıblar.

Məlumat almaq üçün Bakı metropoliteni ilə əlaqə saxlanılıb. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, yayılan məlumatlar kökündən səhvdir. Onun sözlərinə görə, açılış mərasimi bitəndən sonra tədbirdən çıxan insanların hamısı problemsiz daşınıb.

“Mən özüm gecə saat 2-yə qalmış metroya minmişəm. Məndən sonra da işçilər işləyiblər. Gecə 2-yə qədər metroya giriş olub. Metrodakı sərnişinlər 3-ə qədər mənzil başına çatdırılıblar”, - deyə Nəsimi Paşayev bildirib.