Açılış mərasimində Azərbaycanı Əli Əhmədov təmsil edəcək

acilis-merasiminde-azerbaycani-eli-ehmedov-temsil-edecek
Oxunma sayı: 2313

Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək davam edəcək.  Açılışda bir neçə xarici dövlət və hökumət başçıları, kral ailələrinin üzvləri və beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcək.