Açılışda Makronu fitə basdılar - Efirə getməyən görüntülər

acilisda-makronu-fite-basdilar
Oxunma sayı: 7034

Fransa Prezidenti Emanuel Makron Paris-2024 Olimpiya Oyunlarının rəsmi açılış mərasimində fitə basılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında məlumat paylaşıb.

O qeyd edib ki, izləyicilər arasında bir qrup Makronun gəlişindən narazılığını bu cür ifadə edib.

Filippo paylaşıma Makronun fitə basıldığı və qışqırıqların eşidildiyi videonu da əlavə edib. Siyasətçi bildirib ki, həmin kadrlar birbaşa efirdə yayımlanmayıb.

Sərt münasibətlə qarşılaşan Makronun çaşqınlığı görüntülərə yansıyıb.

Həmin kadrları təqdim edirik: