Acınohurdakı ceyranların həyatı ilə bağlı həyəcan təbili

acinohurdaki-ceyranlarin-heyati-ile-bagli-heyecan-tebili
Oxunma sayı: 2021

“Qonşu ərazilərin əkilməsi Acınohur düzündə ceyranların gələcək həyatını təhlükə altında qoyur. Əkin zamanı kimyəvi maddələrdən istifadə onların sürü ilə məhvinə gətirib çıxara bilər. Bunu nəzərə alaraq, biz istəyərdik ki, Acınohur ərazisində daha ciddi rejimli mühafizə olunan təbiət ərazisi yaradılsın”.

 “Qafqazinfo” xəbər verir ki, bu barədə feysbukda yayımlanan “Ekspert saatı” verilişində zooloq-mütəxəssis Elşad Əsgərov bildirib. 

O qeyd edib ki, Acınohurda Milli parkın yaradılması üçün rəsmi təklif veriləcək: “Milli parkın bəzi ərazilərindən çobanlar istifadə edə bilər. Nüvə zonası isə ciddi rejimdə qorunmalıdır. Ceyran populyasiyalarının bərpası üçün ciddi rejimli mühafizə ərazisinin olması labüddür. Acınohur təbiət baxımından çox zəngin ərazidir, Azərbaycanda olan 16-17 növ yırtıcı məməli heyvanın 15 növünə burada rast gəlinir. Zənginliyinə görə ölkədə ikinci belə ərazi yoxdur”.

Gülnar Əliyeva