8 fevral 2017-ci il tarixində, saat 14.30-da 2 saylı (AMAY) Bakı “ASAN xidmət” mərkəzində “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Fotoqrafları Birliyinin və Azərbaycan Dövlət İnformasiya Agentliyinin dəstəyi ilə “Könüllülər hərəkatı fotoqrafların gözü ilə I Ümumrespublika açıq foto sərgisi” keçiriləcəkdir.
“Qafqazinfo”nun məlumatına görə, sərginin əsas məqsədi Azərbaycanın prezidenti İlham Əliyevin tərəfindən dəstəklənən Azərbaycan könüllülər hərəkatının təbliğinə dəstək vermək, Azərbaycanda mövcud olan könüllülük ənənələri fotoqrafların obyektivindən ictimaiyyətə nümayiş etdirməkdir.
Foto sərgidə fotoqraflar Emin Əlizadə, Elnur Abdulla, Elburus Musayev, Bağman Piriyev, İlkin Salifov, Nurlan Tahirli və başqaları çəkilmiş 34 fotoşəkil nümayiş etdiriləcəkdir. Könüllü hərəkatına həsr edilmiş və ilk dəfə keçirlən fotosərgi təkcə ASAN Könüllülərinin fəaliyyəti ilə məhdudlaşmır.
Fotosərgidə eyni zamanda Formula 1, Eurovision, Beynəlxalq Bakı Şahmat Olimpiadası, BAKI 2015 İlk Avropa Oyunları könüllülərinin fotoları nümayiş olunacaqdır. Sərgi çərçivəsində Azərbaycan Turizm və Menecment Universitetinin elmi şurasının müvafiq qərarı ilə çapa tövsiyə edilən, könüllülük fəaliyyəti barədə şəxsi inkişafa dəstək məqsədi ilə Dr. Nadir Adilov və Elvin Paşayevin həmmüəllifliyi ilə hazırlanan “Könüllülük: Uğurun formulu” kitabının da imza günü keçiriləcək.
Bu kitabın satışından əldə edilən vəsait könüllülər tərəfindən yaradılan və idarə edilən www.asanmektub.az internet portalına müraciət edən aztəminatlı ailələrin övladlarının məktublarındakı arzuların reallaşdırılmasına yönəldiləcək.
Son xəbərlər
Son Xəbərlər