Açıq havada rəqs məkanı - Bakı Bulvarında

aciq-havada-reqs-mekani
Oxunma sayı: 1604

Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən hər həftəsonu yenidən fəaliyyətə başlayır.

"Qafqazinfo" xəbər verir ki, rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.

Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.

Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilməmişdir.

Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.