“Açıq Hökumətin təşviqinə dair” tədbirlər keçirilib

aciq-hokumetin-tesviqine-dair-tedbirler-kecirilib
Oxunma sayı: 838

Daxili İşlər Nazirliyinin rəhbərliyinin tapşırığı əsasında polis şöbələri tərəfindən “Açıq Hökumətin təşviqinə dair” tədbirlər keçirilir.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, növbəti tədbir Goranboy Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonunun Qızılhacılı qəsəbəsində baş tutub.

RPŞ rəisi, polis polkovniki Ramin Qədirov çıxış edərək bildirib ki, Azərbaycan polisi fəaliyyətini müasir tələblərə uyğun qurur: “Polis əməkdaşları qabaqcıl təcrübənin daha səmərəli tətbiqi məqsədi ilə Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən və daxili işlər orqanlarının fəaliyyətinin başlıca istiqamətlərini əhatə edən müxtəlif forum və müşavirələrdə mütəmadi olaraq iştirak edirlər. Nazirliyin rəhbərliyi tərəfindən digər sahələrlə yanaşı, polis sahə inspektorlarının fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. O cümlədən, polis sahə rəisləri institutu yaradılıb,cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində onun rolunun artırılması, polis sahə məntəqələrində İctimai Şuraların formalaşdırılması və fəaliyyətinin təşkili istiqamətində məqsəd yönlü tədbirlər görülüb”.