Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirildi - Fotolar

aciq-mekanda-reklam-fealiyyeti-ile-bagli-seminar-kecirildi
Oxunma sayı: 729

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) açıq məkanda reklam fəaliyyəti göstərən sahibkarların, müəssisə və təşkilatların maarifləndirilməsi məqsədilə seminar keçirib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Reklam Agentliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə birgə təşkil olunub. 

AİBNDX-nin nümayəndəsi Firuzə Hüseynova reklam sahəsində sahibkarların, müəssisə və təşkilatların qarşılaşdıqları məsələlər, sahibkarların hüquq və öhdəlikləri, haqsız rəqabət və reklam qanunvericiliyinin tələbləri, eləcə də bu sahədə görülmüş işlər barədə iştirakçıları məlumatlandırıb. 

Dövlət Reklam Agentliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nümayəndələri açıq məkan reklamlarında əmtəə nişanından istifadə qaydaları, dil normaları, sistem üzərində hesab-fakturanın əldə edilməsi, reklam yerləşdirilməsinə dair icazə, dövlət rüsumu və ödənilən haqqın məbləği, yayımlanan reklamın formatı və digər məsələlərlə bağlı məlumat veriblər. 

Qeyd edək ki, nəqliyyat vasitələrində və telekanallarda reklam sifarişi verən subyektlərin qeyd olunan sahədə maarifləndirilməsi məqsədilə cari il ərzində AİBNDX tərəfindən müvafiq seminarların keçirilməsi nəzərdə tutulur.