“Açıq mikrofon” 5 rayonda olacaq

aciq-mikrofon-5-rayonda-olacaq
Oxunma sayı: 1045

“Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 

"Qafqazinfo" xəbər verir ki, növbəti həftə  daha 5 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. 

Aksiya həftənin birinci günü Astara rayonunda (Astara  şəhəri, Park- Bulvar, Bayraq Meydanı), ikinci günü Lerik rayonunda (H.Əliyev küçəsi, Mədəniyyət Evinin qarşısı), 3-cü günü Lənkəran rayonunda (Lənkəran şəhəri, Həzi Aslanov Parkı), 4-cü günü Biləsuvar rayonunda (Səməd Vurğun küçəsi, İncəsənət məktəbi) və 5-ci günü isə Masallı rayonunda (Masallı şəhəri, Qarabağ küçəsi 17) saat 11:00-dan 12:00-dək baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.