“Açıq mikrofon” aksiyası bu dəfə Zərdabda - Fotolar

aciq-mikrofon-aksiyasi-bu-defe-zerdabda
Oxunma sayı: 980

Vətəndaş məmnuniyyətini hər zaman üstün tutan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən kommunal sektorda ilkə imza atılaraq başlanılan “Açıq mikrofon” aksiyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu dəfə “Səyyar qəbul otağı” Zərdab rayonunun Kəndəbil kəndində təşkil olunub.

21-ci dəfə təşkil olunan aksiyanın imkanlarından bu kəndin sakinləri ilə birgə Ağabağı kəndinin sakinləri də istifadə ediblər. Görüşdə “Azəriqaz” İB-nin və Zərdab Rayon İcra Hakimiyyətinin nümayəndələri kənd sakinlərinin təklif və problemlərini dinləyiblər. Vətəndaşlar təbii qaz olmaması səbəbindən əsasən payız-qış mövsümündə üzləşdikləri çətinliklərdən söz açıblar. Sakinlər qarşıdan gələn qış aylarında hər iki kəndin qazlaşdırılmasını xahiş ediblər. Daxil olan hər bir müraciət Birliyin baş direktoru Ruslan Əliyevə təqdim olunduqdan sonra baş direktor məsələ ilə bağlı müvafiq qərar verəcək.

Qeyd edək ki, indiyədək Zərdab rayonunda 40 yaşayış məntəqəsindən 36-ı təbii qazla təmin olunub.