“Açıq mikrofon” aksiyası Şəmkirdə olacaq

aciq-mikrofon-aksiyasi-semkirde-olacaq
Oxunma sayı: 663

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. Bu dəfə Birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Şəmkir rayonunda təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, “Azəriqaz” İB-nin rəhbər şəxsləri Şəmkir şəhəri, Heydər Əliyev prospekti, Şəmkir rayon Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” dekabrın 21-də saat 12:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.