“Açıq mikrofon” bu dəfə Gəncədə təşkil ediləcək

aciq-mikrofon-bu-defe-gencede-teskil-edilecek
Oxunma sayı: 1214

"Azəriqaz" İstehsalat Birliyinin "Açıq mikrofon" aksiyası davam edir.

“Qafqazinfo” xəbər verir ki, "Səyyar qəbul otağı" bu dəfə Gəncə şəhəri, Qələbə Parkında təşkil olunacaq.

Belə ki, yanvarın 5-də saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar "Açıq mikrofon" aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.