“Açıq mikrofon” Xaçmazda olacaq

aciq-mikrofon-xacmazda-olacaq
Oxunma sayı: 798

“Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xaçmaz rayonunda təşkil olunacaq.

“Qafqazinfo” xəbər verir ki, İB-nin rəhbər şəxsləri Xaçmaz şəhəri Çənlibel parkı Bayraq muzeyinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” fevralın 10-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq.

İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.