“Açıq-saçıq geyim başqadır...”- - Flora Kərimova

aciq-saciq-geyim-basqadir-
Oxunma sayı: 3271


“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, müğənni onları özlərini açıq-saçıq aparmaqda günahlandırıb:

“Qadın analıqda xoşbəxt olur. Əgər övladlar yaxşıdırsa, demək ana xoşbəxtdir. Hər tərəfdən sınaqdan keçdim: səsimlə, özümlə, şəxsiyyətimlə, hətta mənəviyyatıma da əl atdılar. Addım atanda övladlarımı düşünürəm ki, onlar məndən utanmasınlar. 

Hər kəsə də bunu məsləhət görürəm. Açıq-saçıq geyim başqadır, bu olar. Dekolte açıq-saçıq deyil. 13 yaşından dekolte libas geyinirəm. Əsas odur ki, özlərini açıq-saçıq aparmasınlar. Bura müsəlman ölkəsidir, Azərbaycandır, özlərini aparmağı bilsinlər”.