Açıq-saçıq səhnələrə görə 500 milyon təzminat tələb edirlər

aciq-saciq-sehnelere-gore-500-milyon-tezminat-teleb-edirler
Oxunma sayı: 9100

1968-ci ildə lentə alınan “Romeo və Cülyetta” filminin aktyorları Oliviya Hassi və Leonard Uaytinq “Paramout Pictures” şirkətini məhkəmə veriblər.

“Qafqazinfo” “Variety” jurnalına istinadən xəbər verir ki, aktyorlar sözügedən şirkəti cinsi istismarda ittiham edirlər. 

Həmçinin oxuyun: Обнаружен залог здорового старения 5.0

Məlumata görə, filmin çəkilişi zamanı Hassinin 15, Uaytinqin isə 16 yaşı olub. Bildirilir ki, çəkiliş zamanı filmin rejissoru Franko Zeffirelli aktyorlara filmdə açıq-saçıq səhnələrin yer almayacağını bildirsə də, daha sonra onlardan bunu tələb edib.

Oliviya Hassi və Leonard Uaytinq filmdə yer alan həmin səhnələrə görə sarsıntı keçirdiklərini qeyd ediblər.

Aktyorlar şirkətdən 500 milyon dollar tələb edirlər.

Qeyd edək ki, Franko Zeffirelli 2019-cu ildə 96 yaşında Romada dünyasını dəyişib.