Açıqlamasına görə onunla seriala çəkilmədi

Açıqlamasına görə onunla seriala çəkilmədi
Oxunma sayı: 2216

Aktrisa Pınar Deniz aktyor Can Yamanı linç edən məşhurlar karvanına qoşulub. “Qafqazinfo” xəbər verir ki, Pınar Canın son zamanlar tənqidlərə məruz qalan açıqlamalarından sonra onunla eyni serialda rol almaqdan imtina edib.

O, əvvəl “Can dostum” adlı ekran işini istehsal edən şirkətlə razılığa gəlsə də, daha sonra təklifdən imtina edib. “Hürriyet” qəzeti yazır ki, P. Deniz C. Yamanın Kıvanç Tatlıtuğa söz atması, fanatlarını pulla tutması, xanım pərəstişkarına “arxa otağa keçək” deməsindən sonra belə bir qərara gəlib. 

Bundan əlavə, sözügedən serialın çəkilişlərinin dayandırılması barədə də xəbər yayılıb.

Qeyd edək ki, Pınar “Bir deli rüzgar”, “Vatanım sensin”, “Sil baştan” kimi reytinqli seriallarda yer alıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi