Aclıq edən NİDA-çıların məhkəməsi- - Fotolar

acliq-eden-nida-cilarin-mehkemesi-
Oxunma sayı: 1034


Əməkdaşımızın Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmə binasının önündən verdiyi xəbərə görə, həbs olunanların yaxınları, qohumları ilə yanaşı, təxminən 100-ə yaxın əqidədaşı da məhkəmədə iştirak etmək üçün gəliblər.

İnzibatçılar məhkəməyə müəyyən miqdarda adam buraxıblar. Məhkəməyə gedən yolları bağlayıblar. 40-dan artıq polis mühafizə məqsədilə cəlb edilib, Mitinqlərdə fəal iştirak edən çevik polis alayının əməkdaşları, habelə mülki geyimli polislər də keşik çəkirlər.

Xatırladaq ki, prokurorun üst-üstə 64 il cəza tələb etdiyi gənclər bu gün məhkəmədə son sözlə çıxış edəcəklər.

Məhkəmə aprelin 24-də davam edəcək.

musavat.com