“Qafqazinfo”ya vəkillərin verdiyi məlumata görə, gənclərdən Bəxtiyar Quliyevin ayaqları tutulub, Zaur Qurbanlını isə astma krizi tutub.
Həmçinin Rəşad Həsənovun da səhhətində problemlər yaranıb. Təcridxana rəhbərliyi Rəşadın vəziyyəti ilə maraqlanması üçün həkim göndərəcəyini deyib.
Qeyd edək ki, Penitensiar Xidmətin mətbuat xidmətindən bildirilib ki, Kürdəxanı Təcridxanasının rəhbərliyinə heç kim aclıq aksiyası keçirdiyi ilə bağlı rəsmi ərizə yazmayıb.
Gənclərin vəkilləri isə təcridxana rəhbərliyinə ötən həftənin 5-ci günü rəsmi qaydada ərizə yazıldığını və aksiya barədə xəbər verildiyini qeyd ediblər.
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən də bildiriblər ki, onlarda Kürdəxanıda yerləşən təcridxanada aclıq aksiyası keçirildiyinə dair məlumat yoxdur.
Son xəbərlər
Son Xəbərlər