“Aclıq oyunları”nın aktyoru vəfat etdi

acliq-oyunlarinin-aktyoru-vefat-etdi
Oxunma sayı: 2795

“Qürur və qərəz” və “Aclıq oyunları” filmindəki rolları ilə tanınan kanadalı aktyor Donald Sazerlend 89 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun oğlu Kifer “X”də məlumat verib.

“Ürək ağrısı ilə sizə xəbər vermək istəyirəm ki, atam Donald Sazerlend vəfat edib”, - o qeyd edib.

“Deadline” portalının məlumatına görə, aktyor uzunsürən xəstəlikdən sonra Mayamidə (Florida) dünyasını dəyişib.

Qeyd edək ki, Sazerlendin filmoqrafiyasına 100-dən çox film daxildir. Aktyor iki Qızıl Qlobus və fəxri Oskarın qalibi olub.