“A+CO” ASC Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş şəxslərə yardım məqsədi ilə 225 000 TL ianə edib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Yardım kampaniyasına qoşulan “A+CO” ASC bu sözləri qeyd edib:
"Qardaş ölkə Türkiyənin bir neçə şəhərində baş vermiş güclü zəlzələ nəticəsində minlərlə insan həlak olub, yaralanıb və evsiz qalıb. Şirkət olaraq zəlzələlər nəticəsində həlak olan vətəndaşlara Allahdan rəhmət, yaralanmış şəxslərə şəfa, bütün türk dünyasına səbr diləyirik".
Son xəbərlər
Son Xəbərlər