Türkiyə Radio və Televiziya Şurası (RTÜK) 4 kanal və 2 radionu cəzalandırıb. “Qafqazinfo” xəbər verir ki, bunlar Halk TV, Fox TV, Tele 1, TV 8, Radio Spor və Kafa Radiodur.
RTÜK TV 8-ə məşhur “Survivor” yarışmasında ekran qarşısında uşaqların da olduğu bir saatda dava, təhqir mənasını daşıyan əl hərəkətləri səbəbi ilə böyük pul cəzası verib.
Qurumun keçirilən iclasında Halk TV-də yayımlanan “Media məhəlləsi” verilişinin yayımının 5 dəfə dayandırılması, eyni zamanda ən yüksək məbləğdə pul cəzası verilməsi barədə qərar qəbul edilib. Buna səbəb kanalda Türkiyə suverenliyinin əleyhinə çıxışların yayımlanması olub.
Eyni zamanda Fox TV Fatih Portakalın aparıcılıq etdiyi xəbərlər proqramında FETÖ-çü Ercan Günü “xəbər planlaşdırma müdürü” kimi təqdim edərək onun hələ də vəzifədə olduğunu vurğulayıb. Bu səbəbdən kanala pul cəzası verilib.
Həmçinin Tele 1 kanalının “Gün Başlayır” verilişində yeni nazir Adil Karaismailoğlunun TBMM-də and içmədiyi qeyd edilərək onun ünvanına böhtan atılıb.
Digər iki radio isə koronavirusla mübarizəyə lazımı qədər məlumat dəstəyi vermədiyi, insanları maaarifləndirmədiyi qeyd edilərək cəzalandırılıb.
Son xəbərlər
Son Xəbərlər