Acun Ilıcalının qızları qəzaya düşdü - Fotolar

Acun Ilıcalının qızları qəzaya düşdü
Oxunma sayı: 6330

Tanınmış türkiyəli aparıcı, TV8 telekanalının sahibi Acun Ilıcalının qızları qəzaya uğrayıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Boluda Kartalkaya xizək mərkəzinə gedərkən Acun Ilıcalının qızlarının içərisində olduğu lüks cip yoldan çıxaraq meşəlik əraziyə aşıb.

Meşədəki ağaclara çırpılaraq dayanan lüks cip yararsız hala düşüb. Nəqliyyat vasitəsinin sürücüsü və sərnişinləri Leyla və Yasemin Ilıcalılar xəsarət almadan xilas olublar.