“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkücü Nihat Doğan təcavüz cinayətindən sonra sosial şəbəkədə yazdığı “Mini ətək geyindikdən sonra dünyəvi sistemin əxlaqsızlaşdırdığı pozğunlar tərəfindən təcavüzə məruz qalanda bağırmayacaqsın” statusdan sonra sərt reaksiyalarla üzləşib. Türkücü sonradan statusunu silsə də, prodüser Acun Ilıcalı sərt reaksiyalara görə Nihat Doğanı “Survivor” heyətindən çıxarıb. Doğan bu haqda sosial şəbəkədə məlumat yayıb: “Bunu bilin ki, “Survivor”la var olmadığım kimi “Survivor”la bitmərəm. Acun Ilıcalı qardaşıma və layihəsinə zərər gəlməməsi üçün ondan məni bağışlamasını istədim”.
Könül
Son xəbərlər
Son Xəbərlər