Acun qəzaya düşdü - Fotolar

acun-qezaya-dusdu
Oxunma sayı: 5782

Türkiyənin “TV8” telekanalının sahibi, tanınmış aparıcı Acun Ilıcalı avtomobil qəzası keçirib.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisəyə səbəb məşhurun idarə etdiyi avtomobilin təkərinin partlaması olub. Nəticədə maşın yol kənarındakı səddə çırpılıb.

Ilıcalı xəsarət almasa da, onun lüks avtomobili yararsız hala düşüb.

Qəzadan sonra İnstaqram hesabında paylaşım edərək hər şeyin qaydasında olduğunu bildirib:

“Avtomobil qəzası keçirdim. Sağlıq durumum çox yaxşıdır. Axtaran, soruşan hər kəsə təşəkkürlər, sevgilər”.