Ötən gün “Survivor” yarışmasının yarımfinal mərhələsi baş tutub.
“Qafazinfo” xəbər verir ki, finala keçmə uğrunda Damla Can və Avatar Atakan mübarizə aparıb, layihənin aparıcısı Acun Ilıcalı Atatürk Hava Limanında baş verən terror hadisəsinə görə, verilişdə səsverməni yarıda kəsib
Teleaparıcı nəticələri açıqlayıb, daha sonra qısa çıxış edərək həyatını itirənlərin ailələrinə başsağlığı diləyib:
“Yarışmada iştirak edənlərin yox, yəqin ki, qonaqlarımızın xəbəri var. Aldığımız son məlumatla qəhərə boğulduq. İstanbuldan kədərli bir xəbər gəldi. Reklam zamanı öyrəndik, böyük bir partlayış baş verib. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət diləyirik”.
Səsvermə nəticələrinə görə, Avatar Atakan finala vəsiqə qazanıb.
Son xəbərlər
Son Xəbərlər