TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının sahibi olduğu İngiltərənin “Hall Siti” klubunun yeni baş məşqçisi müəyyənləşib.
“Qafqazinfo” klub saytına istinadən xəbər verir ki, İngiltərə Çempionşip təmsilçisini Şota Arveladze çalışdıracaq. Gürcü mütəxəssislə 2.5 illik müqavilə imzalanıb. O, istefaya göndərilən Samuel Makkannı əvəzləyib.
Qeyd edək ki, Arveladzenin son klubu Özbəkistan “Pahtakor”u olub.
Son xəbərlər
Son Xəbərlər