TV8 kanalının sahibi Acun Ilıcalı dünən “Survivor”ın işçilərindən biri Alper Baycının öldürülməsi ilə bağlı canlı efirə qoşularkən gözündə görünən şişliyin səbəbi məlum olub.
“Qafqazinfo” Posta-ya istinadən xəbər verir ki, müğənni Onur Akay həmin şişliyin infeksiya səbəbindən yarandığını bildirib:
“Kədərli xəbəri alan Acun Ilıcalının gecə səhərə qədər yata bilmədiyi və yuxusuzluqdan gözünün şişdiyi bildirilirdi. Amma onun gözünə infeksiya düşdüyünü öyrəndim”.
Qeyd edək ki, 24 yaşlı operator A.Baycın Dominikan Respublikasından iki nəfərin hücumuna məruz qaləb və bıçaqla öldürülüb.

Son xəbərlər
Son Xəbərlər